Nikolas Maduro hakimiyyətdən uzaqlaşdırıldıqdan sonra Tramp administrasiyası Venesuelanın qızıl sənayesini ABŞ-la əlaqəli şirkətlərin fəaliyyətinə açmaq üçün sürətli addımlar atıb. Administrasiya bu razılaşmaların qızılın cinayətkar qrupların və ABŞ-ın rəqiblərinin nəzarətindən çıxarılmasına kömək edəcəyini əsaslandırıb.
İNFOAZ.MEDİA xəbər verir ki, “New York Times”ın araşdırmasına görə, hazırda yüz milyonlarla dollar dəyərində Venesuela qızılı ABŞ-dakı anbarlarda saxlanılır. Buna səbəb emal şirkətlərinin həmin qızılın cinayətkar fəaliyyətin maliyyələşdirilməsi, korrupsiya və ekoloji pozuntularla əlaqəsinin olmadığını təsdiqləməkdən çəkinməsidir.
Araşdırmada qeyd olunur ki, tədarük zəncirinə daxil olan qızılın bir hissəsi “Tren de Guayana” adlı cinayətkar qruplaşmaya mühafizə haqqı ödəyən mədənçilərlə əlaqələndirilir.
Bundan başqa, ABŞ-ın dəstəklədiyi digər investor “Heeney Capital” El Çoko mədənində əməliyyatlara nəzarəti ələ keçirib. Bildirilir ki, burada çalışan podratçılar da cinayətkar qruplaşmaya mühafizə haqqı ödəyiblər.
Rauf
























