image-images-57backend

Robert Habek: “İsrail hökumətinin qanuni tənqidi mümkün olmalıdır”

Almaniyanın sabiq iqtisadiyyat naziri Robert Habek İsrailin Qəzzadakı fəaliyyəti ilə bağlı açıqlama verib.

İNFOAZ.MEDİA xəbər verir ki, o bildirib ki, İsrailin Qəzzadakı davranışı və törətdiyi hərbi cinayətlər barədə danışmaq mümkündür və bu məsələlər eyni zamanda ifadə olunmalıdır.

Habek qeyd edib ki, Almaniyanın İsrail qarşısında öhdəliyi var. Onun sözlərinə görə, İsrail dövlətinin mövcudluğunun şübhə altına alınması Almaniyanın əsaslandığı bütün mənəvi prinsiplərə ziddir.

Bununla yanaşı, Habek vurğulayıb ki, İsrail hökumətinin legitim tənqidinin səsləndirilməsi mümkün olmalıdır.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki