ABŞ rəsmisi CNN-ə bildirib ki, Donald Tramp İranın nüvə məsələsində “konkret irəliləyiş” əldə etməsi müqabilində İrana qarşı sanksiyaların yumşaldılmasına və dondurulmuş İran vəsaitlərinin azad edilməsinə açıqdır.
İNFOAZ.MEDİA xəbər verir ki, ABŞ rəsmilərinin sözlərinə görə, vasitəçilər üzərindən aparılan danışıqlar “müsbət və konstruktiv” keçib. İran nüvə məsələsində müəyyən çeviklik nümayiş etdirib.
Bununla belə, tərəflər öhdəliklərin həyata keçirilmə vaxtı ilə bağlı hələ də fikir ayrılığı yaşayırlar.
Jalə
























