Serbiya Prezidenti Aleksandr Vuçiç vəzifəsindən istefa verib. O, prezident postunu tərk etdikdən sonra siyasi fəaliyyətini davam etdirərək baş nazir vəzifəsinə namizəd olmağı planlaşdırır.
İNFOAZ.MEDİA xəbər verir ki, Vuçiçin istefası oktyabrın 25-də keçiriləcək növbədənkənar parlament seçkilərindən əvvəl baş verib. O, hakim Serb Tərəqqi Partiyasının siyahısında baş nazirliyə namizəd kimi seçkidə iştirak edəcək.
İstefadan sonra parlamentin spikeri Ana Brnabiç müvəqqəti olaraq prezident səlahiyyətlərini icra etməyə başlayıb. Serbiyada növbədənkənar prezident seçkisinin isə ilin sonuna qədər keçirilməsi gözlənilir.
Rauf
























