Almaniyanın sabiq iqtisadiyyat naziri Robert Habek İsrailin dövlət siyasəti və Qəzzadakı vəziyyətlə bağlı açıqlama verib.
İNFOAZ.MEDİA xəbər verir ki, O bildirib ki, İkinci Dünya müharibəsindən və yəhudilərə qarşı baş vermiş poqromlardan sonra İsrail dövlətinin yəhudilərin təhlükəsizliyini təmin etməyə çalışdığına görə sülhpərvər dövlət kimi qəbul edilməsi doğru yanaşma deyil.
Habekin sözlərinə görə, İsrail dövlətinin əsas prinsiplərindən biri yəhudi həyatının zorakılıq yolu ilə məhv edilməsinə bir daha imkan verməməkdir. O, İsraili tarixən müdafiə xarakterli, mübariz və bu mənada xaricə qarşı aqressiv dövlət kimi xarakterizə edib.
Sabiq nazir əlavə edib ki, bununla yanaşı, müəyyən məqamda bu yanaşma daha irəli gedə bilər və onun fikrincə, Qəzzada bu hədd bir çox hallarda artıq keçilib.
“Qanuni sualların qaldırıldığı məsələlərdə özümüzü susdurmaq kimi səhvə yol verməməliyik”, – deyə Habek bildirib.
Rauf
























