image-zelenskiyazibackend

Zelenski: “Hərbçilərin maaşları artırıla bilər”

Ukrayna Prezidenti Volodimir Zelenski hərbi xidmət və maaş sistemi ilə bağlı yeni planlardan danışıb.

İNFOAZ.MEDİA xəbər verir ki, o bildirib ki, mövcud resurslar hərbi ödənişlərin artırılmasına imkan verə bilər. Planlara əsasən, arxa cəbhədə minimum maaşın 30 min qrivna səviyyəsinə çatdırılması nəzərdə tutulur.

Zelenskinin sözlərinə görə, döyüş tapşırıqlarının xarakterindən asılı olaraq ödənişlər də artırılacaq və ön cəbhədə xidmət edən hərbçilər üçün daha yüksək məbləğlər müəyyən ediləcək. Orta hesabla birinci xəttdə xidmət edənlər üçün təxminən 300 min qrivna ödəniş planlaşdırılır.

Prezident həmçinin yeni hərbi müqavilə modelindən də danışıb. Onun sözlərinə görə, 10, 14 və 24 aylıq xidmət müddətləri üzrə daha aydın şərtlər, o cümlədən dəqiq möhlət və müddət mexanizmləri tətbiq oluna bilər.

Rəsmilər bu dəyişikliklərin orduda motivasiyanı artırmaq məqsədi daşıdığını bildirirlər.

Jalə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki