image-elon-musk-money_8m44-1248backend

Yeni dünya rekordu: İlon Maskın sərvəti 800 milyard dolları keçdi

Elon Musk 800 milyard dolları aşan ilk şəxs oldu.

İNFOAZ.MEDİA xəbər verir ki, SpaceX və Tesla şirkətlərinin baş direktoru Elon Musk dünyada sərvəti 800 milyard dolları keçən ilk şəxs olub. Forbes jurnalının məlumatına görə, onun sərvəti hazırda 852 milyard dollar olaraq qiymətləndirilir.

Maskın sərvətindəki kəskin artım SpaceX-in ona məxsus xAI şirkətini satın alması ilə bağlıdır. Dəyəri 1,25 trilyon dollar olan bu birləşmə sahibkarın xalis sərvətinə təxminən 84 milyard dollar əlavə edib. Birləşmədən sonra Mask yeni şirkətin 43%-nə sahib olub və bu pay 542 milyard dollar dəyərində qiymətləndirilir. Hazırda SpaceX onun ən dəyərli aktividir.

Qeyd edək ki, bu, Maskın bizneslərini ikinci dəfə birləşdirməsidir. O, 2025-ci ilin martında xAI-ni X sosial şəbəkəsi ilə birləşdirmişdi.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki