Yəmən Parlamenti ABŞ-ın təhdidlərinə qarşı İranla qəti həmrəylik ifadə edən bəyanat qəbul edib. Bəyanatda Vaşinqtonun addımları İranın daxili işlərinə müdaxilə və milli suverenliyin pozulması kimi qiymətləndirilib.
Parlamentin Rəyasət Heyəti İran İslam Respublikasına “tam dəstək” verdiyini açıqlayaraq, ABŞ siyasətinin regional və beynəlxalq sabitliyə ciddi təhlükə yaratdığı barədə xəbərdarlıq edib.
İNFOAZ.MEDİA xəbər verir ki, Yəmən rəhbərliyi və xalqının İranın çəkindirici mövqeyini dəstəklədiyi vurğulanıb. Sənəddə ABŞ-ın gərginlik yaradan addımlarının təkcə İranı deyil, ümumilikdə beynəlxalq sülh və təhlükəsizliyi təhdid etdiyi qeyd olunub.
Bəyanatda həmçinin Vaşinqtonun Fələstin xalqına qarşı törədilən cinayətlərə görə məsuliyyət daşıdığı və ABŞ-ın İsrailin əsas tərəfdaşı olduğu bildirilib.
Rauf
























