image-src9-768x403backend

Yasamalda sürücülərdən pul toplayan kişi cəzalandırıldı

Bakıda özünü polis əməkdaşları ilə əlaqəli şəxs kimi təqdim edərək sürücülərdən pul yığdığı iddia edilən şəxs diqqət çəkib.

Bu barədə şikayət sosial şəbəkədə paylaşılıb.

Məlumata görə, həmin şəxs metronun “İnşaatçılar” stansiyasının yaxınlığında dayanaraq sürücülərdən pul tələb edir.

Şikayətçinin sözlərinə görə, həmin şəxs uzun illərdir əraziyə nəzarət etdiyini bildirərək sürücülərə müxtəlif vədlər verir.

“Deyir ki, 15 ildir bu əraziyə mən baxıram. Polislə razılaşmışam, burada avtomobil saxlayanda “AzParking” cərimə yazmır. Daha sonra avtomobillərin dövlət qeydiyyat nişanlarını çəkərək harasa göndərir”, – deyə paylaşımda qeyd olunub.

Oxu.Az-ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı Elbrus İbrahimov bildirib ki, paytaxtın Yasamal rayonunda avtomobil parklanması üçün qanunsuz zəbt edilən ərazi polis əməkdaşları tərəfindən nəzarətə götürülüb:

“Qanunsuz parklanma yeri təşkil edən şəxslə profilaktik iş aparılmaqla barəsində qanunamüvafiq tədbir görülüb. Qeyd edək ki, səlahiyyəti olmadan parklanma yerlərini təşkil edən, parklanma xidməti göstərən yaxud həmin xidmətlə bağlı ödəniş tələb edən şəxslər müəyyən edilərək barələrində inzibati tənbeh tədbiri tətbiq olunur”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki