İslam İnqilabının Rəhbərinin baş müşaviri Əli Əkbər Vilayəti bildirib ki, İran hər hansı xarici təhdidə qarşı durmağa tam hazırdır və Müqavimət Cəbhəsinin region ölkələrinin təhlükəsizliyində mühüm rol oynadığını vurğulayıb.
İNFOAZ.MEDİA xəbər verir ki, Vilayəti Hizbullahın baş katibi Şeyx Naim Qasimə Həsən Nəsrullahın vəfatı ilə bağlı göndərdiyi başsağlığı mesajında qeyd edib ki, İran İslam Respublikası ABŞ və sionist rejim də daxil olmaqla xarici düşmənlərə qarşı müqavimətin əsas dayağıdır.
O əlavə edib ki, İranın başqa ölkələrə hücum etmək niyyəti yoxdur, lakin regionda əldə olunan son nailiyyətlərin Müqavimət Cəbhəsinin birliyi və əzmkarlığının nəticəsi olduğunu bildirib.
Vilayəti həmçinin Hizbullahın Livanın təhlükəsizliyi və sabitliyinin qorunmasında həlledici rol oynadığını qeyd edərək, İranın region xalqlarına dəstəyinin davam edəcəyini vurğulayıb.
Rauf
























