vensbackend

Vens: Obamanın nüvə sazişi uranın zənginləşdirilməsinə icazə verirdi, bizim razılaşma verməyəcək

ABŞ vitse-prezidenti JD Vens İranla bağlı yeni razılaşmanı keçmiş prezident Barack Obama dövründə imzalanmış nüvə sazişi ilə müqayisə edib.

İNFOAZ.MEDİA xəbər verir ki, Vens bildirib ki, Obama administrasiyasının nüvə razılaşması İrana uranın zənginləşdirilməsini davam etdirməyə imkan verirdi, yeni razılaşmanın isə buna yol verməyəcəyini iddia edib. O həmçinin qeyd edib ki, əvvəlki saziş zənginləşdirilmiş material ehtiyatlarının toplanmasına şərait yaradırdı, hazırkı mexanizm isə həmin ehtiyatların məhv edilməsini hədəfləyir.

Vitse-prezident əlavə edib ki, əvvəlki razılaşma çərçivəsində İrana ABŞ vəsaitlərinin ayrıldığını tənqid edir, yeni razılaşmada isə ABŞ büdcəsindən birbaşa maliyyə ayrılmasının nəzərdə tutulmadığını bildirib.

Qeyd edək ki, 2015-ci ildə imzalanmış nüvə sazişi İranın nüvə silahı əldə etməsini qadağan edirdi, lakin məhdud və beynəlxalq nəzarət altında uranın zənginləşdirilməsinə icazə verirdi.

Jalə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki