ABŞ-ın vitse-prezidenti JD Vens İsrailin Baş naziri Benyamin Netanyahu ilə bağlı açıqlama verib.
İNFOAZ.MEDİA xəbər verir ki, CBS News-a müsahibəsində Vens bildirib ki, Netanyahu bəzi qərarlarda səhvlərə yol verib, lakin bu mövzuda aparılan bəzi müzakirələrin ictimaiyyətə açıqlanması düzgün deyil və daha çox “qapalı şəkildə” aparılmalıdır.
O həmçinin vurğulayıb ki, ABŞ İsraillə əməkdaşlığı davam etdirəcək, lakin iki ölkənin maraqları ayrıldığı hallarda Vaşinqton öz milli maraqlarını ön planda saxlayacaq.
Jalə
























