Vensbackend

Vens İranla mümkün nüvə razılaşmasının mexanizmini izah edib

ABŞ vitse-prezidenti JD Vens İranla mümkün nüvə razılaşmasının mexanizmini izah edib.

İNFOAZ.MEDİA xəbər verir ki, onun sözlərinə görə, hipotetik olaraq yaxın iki il ərzində İran nüvə proqramı ilə bağlı tələb olunan şərtləri yerinə yetirsə, razılaşmada nəzərdə tutulduğu kimi sanksiyaların yumşaldılması mümkün ola bilər.

Lakin Vens bildirib ki, əgər daha sonra İran yenidən nüvə proqramını bərpa etməyə qərar versə, həmin sanksiyalar yenidən tətbiq ediləcək.

Vitse-prezident bu yanaşmanı “tənzimləyici mexanizm”ə bənzədib: İran öhdəliklərə əməl etdikcə iqtisadi güzəştlər artırıla bilər, öhdəliklərdən uzaqlaşdıqda isə bu güzəştlər dayandırıla bilər.

Jalə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki