Vensbackend

Vens: “İranla bağlı ABŞ üçün iqtisadi baxımdan faydalı və nüvə proqramını uzunmüddətli həll edən razılaşmaya yaxınlaşırıq”

ABŞ-ın vitse-prezidenti Jd Vens İranla bağlı yeni açıqlama verib.

İNFOAZ.MEDİA xəbər verir ki, o bildirib ki, hazırkı mərhələdə Vaşinqton İranla ABŞ üçün həm iqtisadi baxımdan sərfəli, həm də İranın nüvə proqramını yalnız indiki dövr üçün deyil, uzunmüddətli şəkildə məhdudlaşdıran bir razılaşmaya yaxınlaşır.

“İran məsələsində elə bir saziş əldə etməyə yaxınıq ki, bu, təkcə Donald Trampın prezidentliyi dövrünü deyil, uzun illəri əhatə etsin.”

Vance əlavə edib ki, əsas məqsəd İranın nüvə silahına sahib olmamasıdır və bunun gələcək nəsillər üçün təmin olunması vacibdir:

“Mən istəyirəm ki, uşaqlarım böyüyəndə deyə bilsinlər ki, İranın nüvə silahı yoxdur. Bu siyasətin məqsədidir.”

O, danışıqlarda müəyyən irəliləyiş olduğunu desə də, hələ görüləcək işlərin qaldığını vurğulayıb.

Jalə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki