image-benzin76-620x403-4backend

Azərbaycanda dizel bahalaşacaq?

ABŞ Prezidenti Donald Tramp administrasiyanın dizel ixracının dayandırılması və ya məhdudlaşdırılması imkanını ciddi şəkildə araşdırdığını bildirib. Məqsəd daxili bazarda yanacaq çatışmazlığının və qiymət artımının qarşısını almaqdır. Bəs ABŞ dünyanın ən böyük dizel ixracatçısı olaraq məhdudiyyət tətbiq edilərsə, Azərbaycanda dizel bahalaşa bilərmi?

Neft Araşdırmaları Mərkəzinin rəhbəri, iqtisadçı ekspert İlham Şabanın sözlərinə görə, Tramp dizel yanacağının bahalaşmasından narahatlığını artıq bir neçə dəfədir vurğulayıb.

O qeyd edib ki, görünən budur ki, bu dəfə praktik addımlar atmağa qərarlıdır:“Çünki həqiqətən 1973-cü ildən sonra biznes daşımalarının bağlı olduğu dizel yanacağı bu qədər baha satılır. Amerikada həmin yanacağın hansı qiymətdə olmasından asılı olmayaraq bunun Azərbaycanın daxili bazarına təsiri yoxdur. Çünki Azərbaycan dizelin ixracatçısıdır, idxalçısı deyil”.

Qeyd: Hazırda Azərbaycanda dizelin bahalaşdırılması barədə rəsmi qərar yoxdur.// pravda.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki