ABŞ-ın vitse-prezidenti JD Vens İsrail ilə münasibətlərə dair açıqlama verib.
İNFOAZ.MEDİA xəbər verir ki, CBS News-a müsahibəsində o bildirib ki, İsrail ABŞ-ın çox yaxın tərəfdaşı olsa da, iki ölkənin maraqları bəzən tam uyğun gəlir, bəzən isə fərqlənir.
Vens qeyd edib ki, İsrailin Baş naziri Benyamin Netanyahu ölkəsinin maraqlarını sərt şəkildə müdafiə edir və bu, bəzi hallarda Vaşinqtonla eyni mövqedə olmağa, bəzi hallarda isə fərqli yanaşmalara gətirib çıxarır.
O vurğulayıb ki, ABŞ İsraillə uzunmüddətli tərəfdaşlığı davam etdirir, lakin maraqların ayrıldığı məqamlarda Vaşinqton öz milli maraqlarını əsas götürür və “həmişə Amerika xalqının tərəfini seçir”.
Rauf
























