Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Hindistanda Nipah virusuna yoluxma hallarının artması riskinin mövcud olduğunu bəyan edib. Buna səbəb kimi virusla bağlı yetərli elmi araşdırmaların aparılmaması göstərilir.
İNFOAZ.MEDİA xəbər verir ki, ÜST-nin Cenevrədəki nümayəndəsi Tarik Jazareviç açıqlamasında bildirib ki, infeksiyanın mənbəyi hələ də tam müəyyənləşdirilməyib:
“İnfeksiyanın mənşəyi dəqiq aydınlaşdırılmayıb. Qərbi Benqal da daxil olmaqla, Hindistan və Banqladeşin bəzi bölgələrində yarasa populyasiyalarında Nipah virusunun rezervuarı məlumdur. Bu isə virusun daha da yayılması ehtimalını artırır”.
Jazareviç vurğulayıb ki, risklərin azaldılması üçün ictimaiyyətin yoluxma amilləri barədə məlumatlandırılması mühüm əhəmiyyət daşıyır. Onun sözlərinə görə, əsas yoluxma yollarından biri xurma şirəsinin istehlakı ilə bağlıdır.
Rauf
























