Ümumdünya Səhiyyə Təşkilatının sözçüsü Tarik Jazareviç bildirib ki, Hindistanda Nipah virusuna yoluxma bəzi hallarda simptomsuz keçə bilər.
İNFOAZ.MEDİA xəbər verir ki, insanlarda Nipah virusu infeksiyası asimptomatik (subklinik) gedişatdan başlayaraq kəskin respirator infeksiyaya və hətta ölümcül ensefalitə qədər geniş klinik təzahürlərə səbəb olur.
Jazareviç qeyd edib ki, Nipah virusu zoonotik xarakter daşıyır və heyvanlardan insanlara ötürülə bilir. Virus əsasən çirklənmiş qida vasitəsilə və ya birbaşa insandan insana təmas yolu ilə yayılır. Bundan əlavə, xəstəxanadan kənar yoluxma hallarının da qeydə alındığı bildirilib.
Rauf
























