Hindistanda uşağın mədəsindən cərrahi əməliyyat yolu ilə “Hulk” adlı məşhur cizgi film personajının oyuncağı çıxarılıb.
İNFOAZ.MEDİA xəbər verir ki, qarın ağrısı şikayəti ilə xəstəxanaya aparılan uşağın mədəsində aparılan əməliyyat zamanı sərt bir cisim aşkarlanıb. Rentgen müayinəsi nəticəsində həmin cismin uşağın oyun zamanı udduğu oyuncaq olduğu müəyyən edilib.
Əməliyyat uğurla başa çatıb və uşaq sağlamlığına qovuşub. Lakin bu qədər sərt və böyük bir əşyanın necə udula bilməsi həkimlər arasında təəccüb doğurub.
Jalə
























