image-1740983102_aufmacher-473209048backend

Ursula von der Leyen Qrenlandiya gedir

Ursula von der Leyen mart ayında Qrenlandiyada rəsmi səfər etməyə hazırlaşır.

İNFOAZ.MEDİA xəbər verir ki, bu barədə məlumatı Avropa Komissiyasının sözçüsü Paula Pinho açıqlayıb. Onun sözlərinə görə, səfərin planlaşdırıldığı təsdiqlənsə də, proqramın detalları və keçiriləcək görüşlərin gündəliyi hələlik ictimaiyyətə açıqlanmayıb.

Məlumata görə, səfər çərçivəsində regionda siyasi və iqtisadi əməkdaşlıq məsələlərinin, eləcə də enerji və iqlim gündəliyinin müzakirə olunacağı gözlənilir. Bununla yanaşı, tərəflər arasında strateji tərəfdaşlıq və Arktika bölgəsində sabitlik məsələləri də əsas müzakirə mövzularından ola bilər.

Rəsmi Brüsseldən bildirilib ki, səfərlə bağlı əlavə məlumat yaxın günlərdə paylaşılacaq.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki