Mali Tuareq qüvvələri Rusiya Afrika Korpusu tərəfindən dəstəklənən Mali ordusunun hava zərbələrindən sonra strateji Kidal şəhərindən “nəzarətli şəkildə geri çəkildiklərini” açıqlayıblar.
İNFOAZ.MEDİA xəbər verir ki, Tuareq qüvvələri və “Əl-Qaidə” ilə əlaqəli “Camaat Nusrat əl-İslam vəl-Müslimin” (JNIM) qruplaşması apreldə Kidal şəhərini ələ keçirmişdi.
Mali ordusu isə 2023-cü ilin sonlarında “Vaqner”in dəstəyi ilə şəhərə nəzarəti yenidən bərpa etmişdi.
Kidal ölkənin şimalına açılan əsas qapı hesab olunur. Şəhərə nəzarət Gao ilə separatçı və cihadçı qrupların fəaliyyət göstərdiyi Sahara əraziləri arasındakı marşruta nəzarət imkanı yaradır.
Rauf
























