Kemp Devidbackend

Trampın əsas təhlükəsizlik müşavirləri Kemp Deviddə İran müharibəsini müzakirə edib

ABŞ Prezidenti Donald Trampın əsas milli təhlükəsizlik müşavirləri Kemp Deviddə İran müharibəsi və Yəməndə Səudiyyə-Husi qarşıdurması ilə bağlı saatlarla davam edən gizli görüş keçiriblər.

İNFOAZ.MEDİA xəbər verir ki, görüşə vitse-prezident JD Vens sədrlik edib. Toplantıda Marko Rubio, Pit Heqset, Stiv Uitkoff, Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Retkliff, general Den Keyn və maliyyə naziri Skott Bessent iştirak edib.

ABŞ rəsmilərindən biri Yaxın Şərqlə bağlı əsas məsələlərin görüşdə “qərara alındığını və ya ən azı dərindən müzakirə edildiyini” bildirib.

Jalə

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki