Küveytdəki Port Şuayba bazasında xidmət edən və martın 1-də İranın hücumundan sağ çıxan ABŞ hərbçiləri komandirlərin ərazidə effektiv dron əleyhinə müdafiənin olmadığını bildiklərini iddia ediblər.
İNFOAZ.MEDİA xəbər verir ki, Onların sözlərinə görə, buna baxmayaraq, İranın hücumundan əvvəl hərbçilər həmin əraziyə yerləşdirilib. Hərbçilər həmçinin daha təhlükəsiz alternativlərin komandirlər tərəfindən rədd edildiyini və alçaqdan uçan dronlarla bağlı xəbərdarlıqlara baxmayaraq, hücumdan qısa müddət əvvəl əsgərlərin bunkerlərdən çıxarıldığını bildiriblər.
Məlumata görə, martın 1-də İranın PUA-sı limandakı əməliyyat mərkəzini vurub. Hücum nəticəsində 6 ABŞ hərbçisi ölüb, onlarla hərbçi yaralanıb.
ABŞ Ordusu araşdırmanı iyunda başa çatdırıb, lakin nəticələr hələ ictimaiyyətə açıqlanmayıb.
Rauf
























