image-1347662_0-jpegbackend

Aramco rəhbəri: Qlobal neft ehtiyatları təhlükəli dərəcədə azalıb

“Aramco” şirkətinin baş direktoru Amin Nasir qlobal neft ehtiyatlarının təhlükəli dərəcədə aşağı səviyyəyə düşdüyünü bildirib.

İNFOAZ.MEDİA xəbər verir ki, onun sözlərinə görə, İranla müharibə başlayandan bəri təxminən 3 milyard barel neft tədarükü itirilib. Nasir qlobal neft təchizatındakı ehtiyat imkanlarının “qorxudacaq dərəcədə məhdud” olduğunu deyib.

O qeyd edib ki, strateji ehtiyatlardan neft buraxılması yalnız müvəqqəti rahatlıq yarada bilər, ehtiyatların əvvəlki səviyyəyə qaytarılması isə iki ilə qədər vaxt apara bilər.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki