image-images-39backend

“Bəzi hərbi qulluqçular gəlir vergisindən azad edilməyəcək”

Sentyabrın 30-da Milli Məclis birinci oxunuşda Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə Qanun qəbul edib (https://meclis.gov.az/news-layihe.php?id=2696&lang=az&par=0). Qarşıda hələ iki oxunuş var. Amma bu Qanun 1 oktyabr 2026-cı ildən tətbiq olunacaq. Konstitusiyanın 149-cu maddəsinin VII hissəsində deyilir: “Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir.” Yəni fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini pisləşdirən qanunun qüvvəsi geriyə şamil edilə bilməz.

Bunu hüquqşünas Əkrəm Həsənov bildirib.

Ə.Həsənov qeyd edib ki, sözügedən Qanun vətəndaşların vəziyyətini pisləşdirir: “Belə ki, Vergi Məcəlləsinin 102.1.14.15-ci maddəsinə əsasən hazırda hərbi qulluqçulara ödənilən bütün növ əməkhaqqı, mükafat və digər maddi təminatlar gəlir vergisindən azaddır. Yeni Qanunla isə Məcəlləyə “(müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) hərbi qulluqçuları istisna olmaqla)” sözləri əlavə edilir. Yəni bəzi hərbi qulluqçular (kimlərin ehtiva edildiyi tam aydın deyil) gəlir vergisindən azad edilməyəcək. Ümid edirəm ki, ya növbəti oxunuşlarda Qanuna düzəliş olunacaq (tətbiq tarixi dəyişdiriləcək), ya da Prezident ona veto qoyacaq. Əks halda, Konstitusiya Məhkəməsi bu dəyişikliyi qüvvədən salmalı olacaq…”


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki