image-raket_iran-1backend

Pakistan “Fatah-4” qanadlı raketinin uzaqmənzilli versiyasını sınaqdan keçirib

Pakistan genişləndirilmiş mənzilə malik “Fatah-4” qanadlı raketinin yeni versiyasını uğurla sınaqdan keçirib.

İNFOAZ.MEDİA xəbər verir ki, Raket hava hücumundan müdafiə sistemlərindən yayınmaq üçün təxminən 50 metr hündürlükdə, relyefə uyğun trayektoriya üzrə uçur.

“Fatah-4”ün əsas versiyasının uçuş məsafəsi 750 kilometr, dəqiqliyi isə təxminən 5 metrdir. Pakistan ordusu yeni versiyanın daha uzaq məsafəyə uçduğunu açıqlasa da, dəqiq məsafəni bildirməyib.

Raket Pakistan Ordusunun Raket Qüvvələri Komandanlığının nəzarətindədir və nüvə arsenalından ayrı olan konvensional silah hesab olunur.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki