Ötən yay son 10 ilin ən isti fəsillərindən olub.
Bunu “Report”un sorğusuna cavab olaraq Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.
Onun sözlərinə görə, 2026-ci ildə ən maksimal temperatur iyul ayında qeydə alınıb:
“Bakıda və Abşeron yarımadasında 40, Ordubad və Kürdəmirdə isə 41 dərəcə isti müşahidə olunub. Bu da aparılımış çoxillik meteoroloji müşahidə məlumatlarına əsasən, son 10 ilin ən isti yay fəsillərindən olub”.
























