Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen gərginliyin azaldılması və Aİ komissarları arasında əməkdaşlığın gücləndirilməsi yollarını müzakirə etmək məqsədilə komandasının üzvləri ilə görüş keçirmək qərarına gəlib.
İNFOAZ.MEDİA xəbər verir ki, fon der Leyen komissiya daxilində artan gərginliyi azaltmaq və əməkdaşlığın effektivliyini artırmaq üçün komissarları 4 fevral tarixində Belçikanın Leuven şəhərində keçirilməsi planlaşdırılan görüşə dəvət edib.
Görüş Brüsseldə Avropa Komissiyasının üzvləri arasında baş verən qızğın mübahisələr, eləcə də yüksək vəzifəli şəxslərə sənədlərin təqdim edilməsində tez-tez müşahidə olunan gecikmələr fonunda yaranmış gərgin atmosferə cavab olaraq təşkil olunur. Görüşün əsas səbəblərindən biri kimi Enerji Komissarı Dan Yorgensen ilə Avropa Komissiyasının vitse-prezidenti Tereza Ribera arasında baş vermiş son münaqişə göstərilir.
Rauf
























