Ürək çatışmazlığıbackend

Ürək çatışmazlığında gizli risk faktoru müəyyən edildi

Tayvanlı alimlərin apardığı araşdırma D vitamini çatışmazlığının obstruktiv yuxu apnesi olan şəxslərdə ürək çatışmazlığı riskini əhəmiyyətli dərəcədə artırdığını göstərib.

İNFOAZ.MEDİA xəbər verir ki,, tədqiqatçılar təxminən 73 min xəstənin məlumatlarını təhlil edərək, ağır D vitamini çatışmazlığı olanlarda ürək çatışmazlığı riskinin 45 faiz daha yüksək olduğunu müəyyən ediblər.

Bildirilib ki, bu xəstələrdə ümumi ölüm, ağciyər hipertenziyası və ağciyər emboliyası halları da daha çox qeydə alınıb. Risk xüsusilə piylənmədən əziyyət çəkən şəxslərdə daha qabarıq olub.

Alimlər qeyd edirlər ki, D vitamini yuxu apnesi olan xəstələr üçün əhəmiyyətli, lakin tez-tez nəzərə alınmayan ürək-damar risk faktoru ola bilər və onun səviyyəsinin mütəmadi monitorinqi və korreksiyası vacibdir.

Jalə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki