Ukraynalı dron istehsalçısı Aleksandr Kokhanovski bildirib ki, iki il əvvəl Baxmut istiqamətində tam avtonom işləyən 10 süni intellekt əsaslı “Terminator” dronunun birdəfəlik sınağı keçirilib.
İNFOAZ.MEDİA xəbər verir ki, onun sözlərinə görə, sınaq zamanı dronların hədəf seçimi mərhələsində insan müdaxiləsi olmayıb və qərarlar tam avtonom şəkildə qəbul edilib.
Məlumata əsasən, təsdiqlənmiş itkilər arasında bir neçə hərbçi və bir yük maşını olub.
Hazırda Ukraynada hədəfin son seçimi mərhələsində tam avtonom sistemlərin istifadəsi qadağandır. Bununla belə, hökumətin bu məhdudiyyətlərin yumşaldılması imkanını müzakirə etdiyi bildirilir.
Jalə
























