Ukrayna Prezidenti Volodimir Zelenski İranın İslam İnqilabı Keşikçiləri Korpusunun Ukrayna tərəfindən terror təşkilatı kimi tanındığını açıqlayıb.
İNFOAZ.MEDİA xəbər verir ki, Kiyev artıq müvafiq qərarı qəbul edib və məsələ Ukrayna üçün bağlanmış hesab olunur.Avropa İttifaqında da bu istiqamətdə proseslər gedir və qərar “faktiki olaraq” gündəmdədir.
Ukrayna Prezidenti vurğulayıb ki, hazırda Aİ-də prosedurlar davam edir, lakin Ukrayna İİKK-ni artıq terror təşkilatı kimi tanıyıb. Qeyd edək ki, Avropa İttifaqının rəsmi qurumları hələlik bu barədə yekun qərar açıqlamayıb.
Rauf
























