dron puabackend

Ukrayna Mariupol şəhərinə DRONLARLA HÜCUMA KEÇDİ

Ukrayna qüvvələri Mariupolda 160 km dərinlikdə pilotsuz hücumlar həyata keçirdiyini açıqlayıb.

İNFOAZ.MEDİA xəbər verir ki, Ukraynanın 1-ci Azov Korpusu Rusiyanın nəzarətində olan Mariupol şəhərinin dərinliklərində pilotsuz uçuş aparatları vasitəsilə zərbələr endirdiyini açıqlayıb. Bildirilir ki, əməliyyatlar cəbhə xəttindən təxminən 160 kilometr arxa əraziləri əhatə edib.

Korpsun yaydığı məlumata görə, hücumlar zamanı “Hornet” tipli qanadlı kamikadze dronlardan istifadə olunub. Bu dronların ABŞ-də fəaliyyət göstərən Perennial Autonomy şirkəti tərəfindən hazırlandığı, sistemin isə süni intellekt əsaslı hədəf tanıma texnologiyası və Starlink rabitə bağlantıları ilə işlədiyi qeyd edilir.

Azov tərəfi bu texnologiyanın rus elektron sistemlərini aşmağa imkan verdiyini iddia edir.

Zərbələrin əsas hədəfləri kimi yanacaq tankerləri, təchizat maşınları və Donetsk, Zaporojye və Krım istiqamətlərini birləşdirən T-0509 və M-14 logistik marşrutları boyunca yerləşən hərbi təminat obyektləri göstərilir.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki