ABŞ Prezidenti Donald Tramp və Nümayəndələr Palatasının spikeri Mayk Conson süni intellektin tənzimlənməsi və sənayeyə nəzarət məsələlərini müzakirə etmək üçün texnologiya şirkətlərinin rəhbərləri və hökumət rəsmiləri ilə görüşəcək.
İNFOAZ.MEDİA xəbər verir ki, “Axios”un məlumatına görə, Ağ Evdə keçiriləcək naharda 31 texnologiya rəhbəri və dövlət rəsmisinin iştirakı gözlənilir.
İştirakçılar arasında İlon Mask, Ceff Bezos, “Microsoft”un baş direktoru Satya Nadella, “Nvidia”, “Google”, “Meta”, “OpenAI” prezidenti Qreq Brokman, “Anthropic”, “Palantir”, “AMD”nin baş direktoru Lisa Su və “Broadcom”un baş direktoru Hock Tan da var.
Görüşdə vitse-prezident Cey Di Vens, maliyyə naziri Skott Bessent, ticarət naziri Hovard Lutnik, NASA administratoru Cared Ayzekman və Milli Kəşfiyyat direktoru Cey Kleyton da iştirak edəcək.
Jalə























