image-445270backend

Türkiyə Hərbi Dəniz Qüvvələri Aralıq dənizində genişmiqyaslı təlim keçirib

Türk donanması Aralıq dənizində keçirilən “Dəniz qurdu 2” təlimi çərçivəsində genişmiqyaslı manevrlər həyata keçirib.

İNFOAZ.MEDİA xəbər verir ki, “Dəniz qurdu 2” təlimi zamanı müxtəlif ölkələrin dəniz qüvvələri ilə koordinasiyanın gücləndirilməsi, birgə əməliyyat qabiliyyətinin artırılması və taktiki uyğunlaşma bacarıqlarının təkmilləşdirilməsi məqsədilə praktiki fəaliyyətlər icra olunub.

Təlimin Aralıq dənizində regional dəniz təhlükəsizliyinin gücləndirilməsinə yönəldiyi bildirilib.

Jalə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki