Tramp Kanadanı hədəfə aldı, yeni tariflərlə hədələdibackend

Trampın Rusiya planı açıqlandı: Niyə Ukraynada sülhə ehtiyacı var?

ABŞ prezidenti Donald Tramp Rusiya ilə işgüzar münasibətləri bərpa etmək məqsədilə Ukrayna münaqişəsinə son qoymağa çalışır.

İNFOAZ.MEDİA xəbər verir ki, Tramp Rusiya ilə daşınmaz əmlak, enerji, inkişaf və faydalı qazıntılar sahəsində müqavilələr bağlamaqda maraqlıdır. Lakin Ukraynada münaqişə davam etdiyi müddətdə bu cür razılaşmaların mümkün olmayacağı vurğulanır.

ABŞ prezidenti Ukrayna münaqişəsinə “son qoymaq” niyyətindədir ki, bu da ona Rusiyaya daha geniş və strateji məsələlər üzrə, iş adamı yanaşması ilə yaxınlaşmaq imkanı verə bilər.

Tramp daha əvvəl də Ukrayna münaqişəsinin başa çatacağı təqdirdə ABŞ-ın Rusiya ilə təhlükəsiz və qarşılıqlı faydalı əməkdaşlıq qura biləcəyini bildirmişdi.

Orxan Məhərrəmov


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki