ABŞ prezidenti Donald Tramp sosial şəbəkədə paylaşdığı yeni görüntü ilə yenidən diqqət çəkib. O, TruthSocial platformasında Qrenlandiya, Kanada və Venesuelanın ABŞ-ın tərkib hissəsi kimi göstərildiyi bir şəkil yayımlayıb.
İNFOAZ.MEDİA xəbər verir ki, fotoda Tramp Oval Ofisdə masası arxasında əyləşib, qarşısında isə Böyük Britaniya, İtaliya, Fransa və Almaniya liderləri, eləcə də Aİ Komissiyasının sədri Ursula fon der Lyayen yer alır. Prezidentin arxasındakı xəritədə Kanada, Qrenlandiya və Venesuela ABŞ bayrağının rəngləri ilə işarələnib.
Trampın Qrenlandiya ilə bağlı bu cür paylaşımları ilk deyil. O, daha əvvəl də adaya ABŞ bayrağı sancıldığı görüntülər paylaşmışdı. Tramp bu addımlarını “Amerikanı yenidən böyük etmək” ambisiyası ilə izah edir.
Rauf
























