Trampdan Cənubi Koreyaya ticarət zərbəsibackend

Trampdan Cənubi Koreyaya ticarət zərbəsi

ABŞ prezidenti Donald Tramp Cənubi Koreyadan idxal olunan mallara tətbiq edilən gömrük rüsumlarını 15 faizdən 25 faizə qaldırıb.

İNFOAZ.MEDİA xəbər verir ki, Tramp bu qərarın səbəbi kimi Vaşinqtonla Seul arasında bağlanmış ticarət sazişinin Koreya parlamenti tərəfindən guya ləngidilərək ratifikasiya olunmasını göstərib.

“Tarixi ticarət sazişimizin Koreya parlamenti tərəfindən ratifikasiya edilməməsi səbəbindən — bu onların səlahiyyətidir — mən qarşılıqlı rüsumlara aid olan Cənubi Koreya avtomobilləri, taxta-şalban, əczaçılıq məhsulları və digər bütün mallara tətbiq edilən rüsumları 15 faizdən 25 faizə qaldırıram”, – deyə ABŞ lideri ona məxsus Truth Social sosial şəbəkəsində yazıb.

Bundan əvvəl Tramp Kanadanın Çinlə razılaşma bağlaması halında bu ölkəyə 100 faizlik rüsumlar tətbiq edəcəyi ilə hədələmiş, eyni zamanda Kanadanın baş nazirini istehzalı şəkildə “qubernator” adlandırmışdı.

Tramp İranla əməkdaşlıq edən ölkələr üçün də 25 faizlik rüsumlar tətbiq edib.

Jalə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki