Tramp: "Martın 7-də İrana elə zərbələr endirəcəyik ki..."backend

Tramp: Xark adasının ələ keçirilməsinin tərəfdarıyam

ABŞ Prezidenti Donald Tramp İranla bağlı açıqlamasında strateji əhəmiyyətə malik Xark adasının ələ keçirilməsini dəstəklədiyini bildirib.

İNFOAZ.MEDİA xəbər verir ki, Fox News-a müsahibəsində danışan Tramp, “Mənim üstünlük verdiyim variant Xark adasını almaq olardı. Amma ABŞ-da bunun üçün kifayət qədər istək və dəstəyin olub-olmadığından əmin deyiləm”, – deyə qeyd edib.

Xark adası İranın əsas neft ixrac mərkəzi hesab olunur və ölkənin neft gəlirlərinin böyük hissəsi məhz bu ada vasitəsilə əldə edilir. Son aylarda ada ABŞ-İran qarşıdurmasının əsas müzakirə mövzularından birinə çevrilib.

Jalə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki