image-tramp_lukasenkibackend

Tramp Lukaşenkoya təşəkkür etdi

ABŞ prezidenti Donald Tramp Belarus və Rusiyada saxlanılan üç Polşa və iki Moldova vətəndaşının azad edildiyini açıqlayıb.

İNFOAZ.MEDİA xəbər verir ki, Tramp bildirib ki, onun xüsusi prezident elçisi Con Koal aparılan danışıqlarda mühüm rol oynayıb və məhbusların sərbəst buraxılması üçün ciddi təzyiq göstərilib.

O, həmçinin qeyd edib ki, Polşa prezidenti Karol Navroski ötən ilin sentyabrında ondan Belarus həbsxanasında saxlanılan jurnalist və fəal Andrzej Poczobutun azad olunmasına yardım etməsini istəyib. Trampın sözlərinə görə, Poczobut artıq azaddır.

ABŞ prezidenti açıqlamasında Belarus prezidenti Aleksandr LukaşenkoLukaşenko əməkdaşlığa görə təşəkkür edib və bunu “dostluq addımı” adlandırıb.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki