Kürdlərbackend

Tramp Kürdlərlə bağlı açıqlama verib: “Bizi məyus etdilər”

ABŞ Prezidenti Donald Tramp kürd qüvvələri ilə bağlı sərt bəyanatla çıxış edib.

İNFOAZ.MEDİA xəbər verir ki, o bildirib ki, ABŞ keçmişdə kürdlərə silah yardımı göndərib, lakin onların bu dəstəyə görə gözləntiləri doğrultmadığını düşünür.

“Biz kürdlərə silah verdik və açığı, onlardan çox məyus olduq. Onlar bizi məyus etdilər. Düşünürəm ki, həmin silahların bir hissəsini özlərində saxladılar. Bu, biabırçılıqdır,” – deyə Tramp qeyd edib.

ABŞ prezidenti əlavə edib ki, bu məsələni yadda saxlayacaq və gələcək münasibətlərdə bunu nəzərə alacaq.

Jalə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki