image-tramp-sulh-shurasibackend

Tramp: İranla bağlı planlaşdırılan zərbələr ləğv edilib, danışıqlar ən yüksək səviyyədə təsdiqlənib

ABŞ Prezidenti Donald Tramp İranla bağlı planlaşdırılan hərbi zərbələrin ləğv edildiyini açıqlayıb.

İNFOAZ.MEDİA xəbər verir ki, onun sözlərinə görə, Iran ilə aparılan danışıqlar “ən yüksək İran rəhbərliyi səviyyəsinə” çatdırılıb və bütün tərəflər tərəfindən təsdiqlənib.

Tramp iddia edib ki, ABŞ-la yanaşı İsrail, Səudiyyə Ərəbistanı, BƏƏ, Qətər, Türkiyə, Pakistan, Bəhreyn, Küveyt, İordaniya və Misir də daxil olmaqla bir sıra ölkələr bu razılaşmanın konseptual və detallı şəkildə qəbulunda iştirak edib.

Açıqlamada həmçinin bildirilib ki, dəniz blokadası razılaşma yekunlaşana qədər qüvvədə qalacaq və imzalanma ilə bağlı vaxt və yer daha sonra elan ediləcək.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki