trampbackend

Tramp: İranın yaydığı şərtlər razılaşdırılanlarla uyğun gəlmir

Tramp bildirib ki, İran tərəfinin mediaya sızdırdığı şərtlər yazılı şəkildə razılaşdırılmış məqamlarla heç bir əlaqəsi yoxdur.

İNFOAZ.MEDİA xəbər verir ki, “Onların açıqladığı məlumatlar, o cümlədən razılaşma əldə olunduğuna dair zəif və aciz bəyanatlar həqiqətlə uyğun gəlmir”, – deyə Tramp qeyd edib.

ABŞ prezidenti İranı etibarlı tərəfdaş olmamaqda ittiham edərək, “Onlarla xoş niyyət əsasında razılaşma əldə etmək mümkün deyil” ifadəsini işlədib.

Tramp həmçinin ötən gecə Hörmüz boğazından çıxan Hindistan gəmilərinə qarşı həyata keçirildiyi iddia edilən pilotsuz uçuş aparatı hücumuna da münasibət bildirib. O, bu hadisəni “tamamilə qəbuledilməz” adlandıraraq İranı davranışını dəyişməyə çağırıb.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki