image-trampbackend

Tramp İrana xəbərdarlıq etdi: “Çox pis şeylər edəcəyik”

ABŞ prezidenti Donald Tramp bildirib ki, İran nüvə proqramını bərpa etməyə və yeni obyektlər açmağa çalışarsa, ciddi nəticələrlə üzləşəcək.

İNFOAZ.MEDİA xəbər verir ki, o, müsahibəsində bu halda “çox pis şeylər edəcəyik” deyə xəbərdarlıq edib.

Tramp eyni zamanda İranın danışıqlardan çəkilmədiyini və tərəflər arasında təmasların davam etdiyini qeyd edib.

Qeyd edək ki, 6 fevralda Omanda planlaşdırılan ABŞ–İran danışıqları tərəflər arasında format və yer məsələsində razılıq əldə olunmadığı üçün ləğv edilib.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki