ABŞ Prezidenti Donald Tramp İranla bağlı açıqlama verib.
İNFOAZ.MEDİA xəbər verir ki, Tramp bildirib ki, artıq bir neçə aydır Tehranla danışıqlar aparılır və tərəflər razılaşmaya yaxın ola bilər:
“İranla bir neçə aydır işləyirəm. Onlar sazişi imzalamalıdırlar. Bu, yaxşı bir sazişdir.”
Prezidentin sözlərinə görə, Vaşinqtonun məqsədi gərginliyi azaltmaq və nüvə proqramı ilə bağlı razılaşmaya nail olmaqdır.
ABŞ administrasiyası isə İranla danışıqların davam etdiyini və diplomatik həll imkanlarının hələ də masada olduğunu bildirir.
Rauf
























