image-hormuz-bogazi-yeni-700x403backend

Tramp: ABŞ bu gecə İrana çox sərt zərbələr endirəcək

ABŞ Prezidenti Donald Tramp İranla bağlı növbəti sərt bəyanatla çıxış edib.

İNFOAZ.MEDİA xəbər verir ki, Tramp sosial şəbəkədə paylaşdığı açıqlamada ABŞ-ın bu gecə İrana qarşı genişmiqyaslı hərbi əməliyyat həyata keçirəcəyini bildirib.

“ABŞ bu gecə İrana çox sərt zərbələr endirəcək. İranın donanması, hava qüvvələri, radar sistemləri, hava hücumundan müdafiə vasitələri və hücum imkanlarının böyük hissəsi artıq məhv edilib”, – deyə Trump qeyd edib.

ABŞ prezidenti həmçinin yaxın gələcəkdə İranın əsas neft ixrac mərkəzi olan Xark adasının və digər enerji obyektlərinin nəzarətə götürüləcəyini iddia edib.

“Uzaq olmayan gələcəkdə biz Xark adasını və digər neft infrastrukturu nöqtələrini ələ keçirəcəyik və İranın neft-qaz bazarları üzərində tam nəzarəti təmin edəcəyik”, – deyə Tramp vurğulayıb.

Jalə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki