Moskvada temperaturun minimum həddə enəcəyi vaxt 3–4 fevral gecəsi gözlənilir. Temperatur −21…−23°C, bəzi yerlərdə isə −27°C-yə qədər enə bilər.
İNFOAZ.MEDİA xəbər verir ki, fevralın 3-də gündüz saatlarında −13…−15°C arası temperatur proqnozlaşdırılır. Kəskin soyuqlar səbəbilə narıncı hava xəbərdarlığı 6 fevrala qədər uzadılıb.
Rusiyanın bir çox vilayətində isə güclü qar yağması səbəbindən yük və sərnişin daşımaları dayandırılıb.
Jalə
























