image-1750790755_pezeskian-12-900x600backend

TƏCİLİ! İran ABŞ ilə razılığa gəldi

İran Prezidenti Məsud Pezeşkian ABŞ ilə nüvə məsələsi üzrə danışıqların bərpası barədə göstəriş verib. Bu barədə bazar ertəsi İranın yerli mediası məlumat yayıb.

İNFOAZ.MEDİA xəbər verir ki, Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi bildirib ki, İran mümkün danışıqların strukturunu diqqətlə araşdırır, əsas məqsəd isə sanksiyaların aradan qaldırılması və milli maraqların qorunmasıdır.

 Bildirilir ki, danışıqlar İranın xarici işlər naziri Abbas Əraqçi və ABŞ-ın xüsusi elçisi Stiv Vitkoff səviyyəsində aparıla bilər.

Türkiyə, Misir və Qətərin Ankarada tərəflər arasında görüş təşkil etməyə çalışdığı bildirilir.

Qeyd edək ki, Tehran və Vaşinqton 2025-ci ilin iyununda İsrail-İran müharibəsi başlamazdan əvvəl nüvə proqramı ilə bağlı beş dolayı danışıqlar keçirib. Omanın vasitəçiliyi ilə planlaşdırılan 6-cı raund İsrailin hücumları səbəbindən təxirə salınıb.

Orxan Məhərrəmov


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki