ABŞ Prezidenti Donald Trampa Qəzza zolağının idarə olunması ilə bağlı geniş, faktiki olaraq məhdudiyyətsiz səlahiyyətlər verilə bilər.
İNFOAZ.MEDİA xəbər verir ki, Tramp Qəzza ilə bağlı mümkün addımlarında tam hərəkət azadlığı əldə etməyə çalışır.
Yaradılması nəzərdə tutulan Şura Qəzzanın yenidən qurulmasını — on milyardlarla dollara başa gələcək irimiqyaslı bir layihəni — əlaqələndirəcək, həmçinin humanitar yardımın bölgəyə çatdırılmasını təmin edəcək.
Xatırladaq ki, Donald Tramp Sülh Şurasına sədrlik etməyə razılıq verib və müxtəlif ölkələrdən 50 lideri bu təşəbbüsə qoşulmağa dəvət edib. ABŞ lideri bu təkliflə Rusiya tərəfinə də müraciət edib.
Rusiya Prezidenti Vladimir Putin bildirib ki, təklif hələ də nəzərdən keçirilir. O, həmçinin qeyd edib ki, zərurət yaranarsa, Rusiyanın ABŞ-da dondurulmuş aktivlərindən “Sülh Şurası”na qoşulma haqqının ödənilməsi mümkün ola bilər.
Rauf
























