Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu Çin xarici işlər naziri Vanq Yi ilə danışıqlardan sonra Qərb ölkələrinin öz hərəkətlərini Rusiya və Çindən gələn təhdidlərlə əsaslandırmağa çalışdıqlarını bildirib.
İNFOAZ.MEDİA xəbər verir ki, onun sözlərinə görə, Qərb dövlətləri bu cür yanaşmanı artıq adi praktikaya çeviriblər. “Görürük ki, Qərb ölkələri Rusiya və Çindən gələn təhdidləri əsas gətirərək öz addımlarını haqlı çıxarmağa çalışırlar”, – deyə Şoyqu vurğulayıb.
Şoyqu Vanq Yi ilə görüşü vaxtında və vacib adlandırıb. O, həmçinin qeyd edib ki, Moskva ilə Pekin arasında xarici siyasət sahəsində koordinasiya səviyyəsi ənənəvi olaraq yüksək olaraq qalır.
Rauf
























