image-north-belfast-stabbingbackend

Şimali Belfastda bıçaqlanma sonrası iğtişaşlar – evlər yandırıldı, sakinlər təxliyə olundu

Şimali Belfastda bazar ertəsi gecəsi bir Sudan vətəndaşı tərəfindən bir kişinin baş və boyun nahiyəsindən dəfələrlə bıçaqlanması hadisəsi baş verib.

İNFOAZ.MEDİA xəbər verir ki, növbəti gün, çərşənbə axşamı axşama doğru Belfastın müxtəlif bölgələrində yüzlərlə maskalı şəxsin iştirakı ilə iğtişaşlar başlayıb. Etirazlar zamanı bir “Glider” avtobusu yandırılıb, avtomobillərə od vurulub və bir neçə evə hücum edilib.

Yanğınlar səbəbindən bəzi ailələr evlərini tərk etməyə məcbur qalıb. Təxliyə olunan sakinlərin hadisə ilə birbaşa əlaqəsi olmadığı, onların uzunmüddətli yerli sakinlər olduğu bildirilir.

Hadisələrlə bağlı polis araşdırması davam edir.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki